Bakıda xüsusi taksi dayanacaqları yaradılır
03 oktyabr 2016 08:45 (UTC +04:00)

Bakıda xüsusi taksi dayanacaqları yaradılır

 

 

Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanıb.

 

Lent.az-ın trend-ə istinadən xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, agentlik əməkdaşları Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlərin müəyyənləşdirilməsinə başlayıb: "Adətən taksi sürücüləri əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Amma, bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur. Bunun üçün xüsusi taksi dayanacaqları müəyyənləşdiririk. Dayanacaqlar şəhərdən kənarda olmamalı, digər tərəfdən isə hərəkətə maneçilik yaratmamalıdır. Artıq bununla bağlı bir neçə yer müəyyən edilib. Yaxın vaxtlarda taksilər həmin dayanacaqlara cəlb ediləcək. Bu dayanacaqlardan kənarda taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar