APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
O bildirib ki, yarmarkalar mövcud ünvanlarda 6 gün davam edəcək. “Bakı və Sumqayıt əhalisini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməyə çalışacağıq. Yerlərin müəyyənləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlarla müzakirələr aparırıq”.