Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 1 illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi olaraq yollarda yaranan tıxacların əsas səbəbləri açıqlayıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, aşağıdakı 8 səbəb Bakıda nəqliyyat sıxlığına səbəb olub.
- Qanunsuz parklama
- Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında və avtobus üçün nəzərdə tutulan ciblərdə parklaması
- Son illərdə avtomobil sayının kəskin artması
- Taksilərin və digər maşınların dayanacaqlara yaxın yerdə saxlamaları
- Təmir - tikinti işlərinin aparılması
- Şəhər infrastrukturunda olan problemlər
- Piyadaların onlar üçün nəzərdə tutulmamış yerlərdən keçməsi
- Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması