Bakıda təmirə bağlanan yol istifadəyə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin giriş hissəsinə qədər olan 300 metrlik hissəsində aparılan təmir işləri artıq başa çatıb. Həmin hissədə asfaltlanma və xətlənmə işləri başa çatdırılıb və yol sürücülərin istifadəsinə verilib.
1567