Bakıda 6 tondan artıq mənşəyi məlum olmayan və istifadəyə yararsız ət aşkarlanıb. Lent.az-ın xəbərinə görə, iyunun 26-da Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və İstintaq və Təhqiqat İdarəsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində A.Məhərrəmov küçəsində Müşfiqabad qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus ət tədarükü məntəqəsinin 2 soyuducu kamerasında və 3 saxlanc yerində mənşəyi məlum olmayan və istifadəyə yararsız 6 tondan artıq ət aşkar edilib.