Bakıda məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq
Bakının Ramana qəsəbəsində məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq.
ONA-nın xəbərinə görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi bu qəsəbədə işlər başa çatdırılacaq.
Yeni qəsəbə 2500-3000 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub.
559