Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib. Küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb. Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib.
Əksər bölgələrdə yağış yağmış, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm təşkil edib.