Bakıda kafedə ciddi qanun pozuntuları aşkarlandı
04 fevral 2014 13:22 (UTC +04:00)

Bakıda kafedə ciddi qanun pozuntuları aşkarlandı

Binəqədi rayonunda yerləşən “Kaspi” kafesində standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk küçəsi, ev 64 ünvanında yerləşən, fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus “Kaspi” kafesində dövlət nəzarəti tədbirləri aparılıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır, yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. Bundan başqa istifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşpazın təhsilini təsdiq edən sənədin olmadığı, aşpazın müvafiq geyimlə təmin olunmadığı aşkar olunub.

 

Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib, mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan edilib, müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1277
avatar

Oxşar yazılar