Bakıda İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq tikilir
22 avqust 2013 15:18 (UTC +04:00)

Bakıda İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində hər biri 50 yerlik Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, onlara hüquqi yardımın göstərilməsi, onların həyat səviyyəsinin qorunması məqsədilə tikilən bu yeni sosial obyektlərin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq yetkinlik yaşına çatmayanları nəzarətsizlik və yiyəsizliyə gətirib çıxarmış səbəblərin aşkar edilərək aradan götürülməsinə, çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar