“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitə cari ilin 17-18 iyun tarixlərində Bakıda ilk iclasını keçirəcək”. Bunu Lent.az-a nazirliyin şöbə müdiri Elman Babayev bildirib.
O qeyd edib ki, tədbirdə Komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in Əmək Nazirlərinin növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, İƏT-in əmək nazirlərinin ötən il ölkəmizdə keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur.