<b>Bakıda daha bir yol bağlanır: </b><span style="color:red;">SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
27 aprel 2018 12:34 (UTC +04:00)

Bakıda daha bir yol bağlanır: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Aparılan təmir işləri ilə əlaqədar olaraq  aprelin 28-də gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

 

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

 

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar