Bakıda da vətəndaşlara səyyar “ASAN xidmət” göstəriləcək
05 iyun 2013 17:30 (UTC +04:00)

Bakıda da vətəndaşlara səyyar “ASAN xidmət” göstəriləcək

Bakıda da vətəndaşlara səyyar “ASAN xidmət” göstəriləcək. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu xidməti reallaşdırmaq üçün qanunvericilikdə bəzi məsələlər həyata keçirilməlidir.

 

İ. Kərimov qeyd edib ki, bu xidmətlər əlavə xidmət haqqı ödənilməklə həyata keçiriləcək: “Ancaq xüsusi kateqoriyadan olan insanlar - əlillər, hərəkət imkanı məhdud olan vətəndaşlar üçün bu xidmət tam pulsuz olacaq”.
 

İ.Kərimovun sözlərinə görə, Agentlik vətəndaşlara birbaşa xidmət göstərən dövlət qurumu deyil. Agentliyin əsas funksiyası “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təşkil etməkdir. Bu mərkəzlərdə birbaşa aidiyyatı dövlət qurumları tərəfindən xidmət göstərilir: “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin siyahısı Azərbaycan prezidentinin fərmanı ilə müəyyən edilib və gələcəkdə fərmanla xidmətlərin dairəsi genişlənərsə, bizim də vəzifəmiz bu xidmətləri təşkil etməkdir”.

 

Agentlik sədri bildirib ki, “ASAN xidmət” mərkəzlərində ən ucuz xidmət göstərən özəl sektor üzrə qurumlar seçilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar