Bloqçu Barış Namazov "Coca-Cola Azərbaycan" şirkətini ifşa edən şəkillər paylaşıb.
Lent.az-ın xəbərinə görə, bloqçu "Coca-Cola Azərbaycan" şirkətinin istehsalı olan "Fanta" aldığını və onun içində qara nöqtələr olduğunu qeyd edib.
"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir".
Bloqçu qeyd edib ki, sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki marketdən 2 litrlik fanta alıb: "Birdən gözüm "Fanta"nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?"
"Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük. Dəhşətə gəldim ki, indiyədək içmədiyim zibillər qalmayıb...." deyə B. Namazov yazıb.
Bloqçu hələ də "Fanta"nın qapağını açmadığını qeyd edib.
"Coca-Cola Azərbaycan" şirkətinin də məsələyə münasibətini yaymağa hazırıq.