İyulun 27-də Sabunçu rayonu ərazisində Bakı şər sakininə məxsus “VAZ-2109” markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məluamta görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.