"Sadəcə sehrli bir gecə": Verratti Neymarın Messini PSJ-yə necə cəlb etdiyini  AÇIQLADI
01 avqust 2025 18:31 (UTC +04:00)

"Sadəcə sehrli bir gecə": Verratti Neymarın Messini PSJ-yə necə cəlb etdiyini AÇIQLADI

Marko Verratti, Messi ilə bir təsadüfi şam yeməyinin hər şeyi necə dəyişdiyini açıqlayıb.

"Biz İbizada idik. Neymar yanıma gəldi və dedi: bu axşam Leo ilə nahar edəcəyik", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Verratti xatırlayır. 

"Beləliklə, masada mən, Messi, Paredes, Ney və Di Maria idik. Söhbət edirdik, zarafatlaşırdıq və bir anda Leoya eyham vurmağa başladıq: Parisə gəl".

"Axşam gec vidalaşdıq və ertəsi gün Messinin “Barselona” ilə problemləri olduğu haqda xəbərlər yayıldı. Sonra Ney zəng etdi: "Marko, Leo bizə qoşulur". Sehrli bir gecə idi".

Bir neçə gün sonra bu rəsmiləşib: Messi PSJ-nin oyunçusu olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar