Futbolçular meydana super qəhrəman geyimində itlərlə  çıxdılar -  FOTOLENT
01 avqust 2025 14:30 (UTC +04:00)

Futbolçular meydana super qəhrəman geyimində itlərlə çıxdılar - FOTOLENT

Futbolçular tez-tez meydançaya heyvanlarla çıxırlar, adətən bu cür jestlər sığınacaqlara kömək etmək məqsədi daşıyır. Məsələn, “Zenit” 2021-ci ildə belə bir hərəkət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Braziliyanın “Baiya” klubu daha da irəli gedib. Oyunçular yeni “Supermen” filminin buraxılışını kreativ şəkildə reklam ediblər və eyni zamanda itlərlə meydanda görünərək yerli sığınacağa kömək ediblər.

Futbolçular üzərində “Supermen” loqosu olan köynəklər, dördayaqlı dostlar isə komikslərdən və yeni filmdən super qəhrəmanın iti Kriptonun kostyumları geyiniblər. 

Çox şirin çıxıb!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar