Bakıda “Qlobal Pul Həftəsi” çərçivəsində sərgi keçirilib
17 mart 2014 17:23 (UTC +04:00)

Bakıda “Qlobal Pul Həftəsi” çərçivəsində sərgi keçirilib

Bu gün Mərkəzi Bank, Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Qlobal Pul Həftəsi” çərçivəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil edilən maliyyə-bank mövzusunda rəsm və əl işləri sərgisi yekunlaşıb. Milli Bankdan Lent.az-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə qeyd edilib ki, uşaq və gənclərin maliyyə savadlılığının artırılması bank-maliyyə sektorunun inkişafında mühüm əhəmiyyət daşıyır.

 

Bu məqsədlə uşaqlar pul resursları ilə davranışlarını və pula yanaşmasını artıq erkən yaşlarında mənimsəməlidirlər. Son illərdə əhali arasında maliyyə və sosial təhsil imkanlarının artırılması, məktəblilərə maliyyənin idarəedilməsi, vəsait  yığımı, pulun düzgün planlaşdırılması və xərclənməsinə dair lazımi bilik və bacarıqların aşılanmasına xüsusi diqqət yetirilir.

 

Tədbirinin sonunda sərgi müsabiqəsində qalib gəlmiş məktəblilərə diplomlar və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, maliyyə savadlılığı və maliyyə təhsilinin əhəmiyyətindən xəbər verən “Qlobal Pul Həftəsi” bir çox ölkələrdə qeyd olunur. Mərkəzi Bank tərəfindən maliyyə savadlılığı layihəsi çərçivəsində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar