Bakıda “Fransız məktəbi” fəaliyyətə başlayacaq
01 iyul 2013 12:12 (UTC +04:00)

Bakıda “Fransız məktəbi” fəaliyyətə başlayacaq

“Azərbaycanlı gənclərin fransız dilini daha yaxşı bilməsi üçün Azərbaycanla Fransa arasında 2 qərar qəbul edilib. Bunlardan biri böyük universitetlərdə iştirakı genişləndirmək və əlaqələri möhkəmləndirməkdən ibarətdir. İkincisi isə Bakıda “Fransız məktəbi”nin yaradılmasıdır ki, bu məsələ iki ölkə prezidenti arasında imzalanmış sazişdə öz əksini tapıb”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. O bildirib ki,bu ilin sentyabrından Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə “Fransız məktəbi” fəaliyətə başlayacaq.

 

Səfirin sözlərinə görə, bağça səviyyəsindən etibarən azərbaycanlılarla yanaşı digər millətlərdən olan gənclər də həmin məktəbə gedə biləcəklər: “Sonra uşaqların alacağı bu diplom həm Azərbaycan, həm də Fransa ali məktəblərinə daxil olmaq imkanı verəcək. Artıq məktəbdə təhsil almaq üçün qeydiyyat prosesi başlayıb. 60-a yaxın şagird məktəbdə təhsil almaq üçün qeydiyyatdan keçib. Maraqlananlar Fransanın Azərbaycandakı səfirliyindən daha ətraflı məlumatı əldə edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 848

Oxşar yazılar