Bu ətlərdə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub.
Bakının Müşfiqabad qəsəbəsində Güzdək yaşayış məntəqəsində satış məqsədilə olduğu ehtimal edilən at və eşşək əti tapılıb. Lent.az-ın məlumatına görə, Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu barədə anspress-ə bildirib. Məlumata görə, at və eşşək ətinin miqdarı 600 kq-a yaxın olub. Onlardan dönərxanalarda istifadə edilməsinin planlaşdırılması istisna edilmir: "Ətlər iki həyətdə tapılıb. Onların üzərində ayrı-ayrı adamlara ayrılmış paylar haqqında qeydlər olub. Ehtimal ki, ətlərin satış məqsədilə iaşə obyeklərində istifadəsi nəzərədə tutulub. Ətlər laboratoriyada müayinə ediləcək".
Y.Xanvəlinin sözlərinə görə, bu ətlərdə qara yara xəstəliyi çöplərinin də olduğu barədə məlumat daxil olub. "Əgər xəstəlik çöpləri olmasa ətlər heyvanxanaya veriləcək. Xəstəlik aşkar edilsə isə yandırılaraq məhv ediləcək".