Bakıda 8 məktəbin bufeti bağlandı
01 aprel 2015 16:09 (UTC +04:00)

Bakıda 8 məktəbin bufeti bağlandı

Bakıda şagirdlərin sağlamlığını təhlükədə qoyan 8 məktəb bufetinin fəaliyyəti dayandırılıb, həmçinin 11 məktəbin bufet işçisi cərimə olunub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyovun imzaladığı əmrə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən müvafiq çıxarışlara əsasən, GEM tərəfindən həmin məktəblərdə yoxlamalar aparılıb və orada şagirdlərin qidalanmasının təşkilində bir sıra nöqsanlar aşkarlanıb.

Aşkarlanmış nöqsanlara görə “Gənclik" İaşə Birliyinin “Ankara Məktəbi” məktəb liseyinin bufetində fəaliyyət göstərən işçisi Xədicə Abdullayeva cərimə olunub.

Respublika GEM Nəsimi rayonu 54 nömrəli məktəbdə yoxlama apararkən şagirdlərin qidalanmasını təşkil edən “Doyuran” MMC-nin şifahi göstərişinə əsasən həmin bufetin fəaliyyətinin dayandırıldığı bildirilib. Lakin bufetdə ərzaq məhsullarının və kənar şəxsin olduğu aşkarlanıb.

 

Araşdırma zamanı həmin kənar şəxsin məktəbin bufetçisinin yaxın qohumu olduğu və onun fəaliyyətini dayandırmış bufetin qapısının şagirdlər tərəfindən sındırılması səbəbindən gəldiyi bildirilib, bu barədə yoxlayıcılara akt təqdim edilib. Yoxlamanın nəticəsi olaraq, “Doyuran” MMC-nin məsul şəxsləri barədə inzibati tədbir görülməsi üçün GEM tərəfindən çağırış vərəqəsi göndərildikdə isə, “Doyuran” MMC-nin fəaliyyətinin dayandırıldığı bildirilib. Bu barədə tədbir görülməsi üçün Təhsil Nazirliyinə məktub göndərilib.

 

Son vaxtlarda şagirdlərin qidalanmasında yol verdikləri nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb, Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbail rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297

Oxşar yazılar