28 May Respublika günü münasibətilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 75 aztəminatlı ailənin uşağı sünnət olunub. Xəstəxananın baş həkimi Telman İbadov Lent.az-a bildirib ki, bu aksiya əsasən bayram günlərində keçirilir: “Sonuncu dəfə 10 mayda, Heydər Əliyevin doğum günündə belə aksiya keçirmişdik. Bu kompaniyanın il ərzində müxtəlif bayram günlərində keçirilməsi davam edəcək”.
İndiyə kimi bu kompaniya çərçivəsində 3000-dən çox aztəminatlı ailənin uşağı sünnət edilib.