Bakı müəllimlərinin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq - YENİLƏNİB
02 iyun 2014 18:45 (UTC +04:00)

Bakı müəllimlərinin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq - YENİLƏNİB

“Müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq və bu imtahanlar 4 gün davam edəcək”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini İlham Nağıyev bildirib. O qeyd edib ki, imtahanlar iyunun 10-u, 11-i, 12-si və 13-də təşkil olunacaq.

 

Həmin günlərdə bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. İbtidai sinif müəllimlərinin sayı çox olduğundan onlar 2 gün imtahan verəcəklər.

 

İmtahanların keçirilməsi üçün paytaxtda müəllim saylarına uyğun olaraq 30 mərkəz seçilib. “3-4 gün əvvəl məktəblərin hər birinə bildirişlər göndəriləcək. Burada isə müəllimin hansı gün, saat, hansı məktəbdə, yer və sırada imtahan verəcəyi əks olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427

Oxşar yazılar