Bakı Metropoliteninin vəzifəli əməkdaşı işdən çıxarıldı
04 iyun 2014 12:12 (UTC +04:00)

Bakı Metropoliteninin vəzifəli əməkdaşı işdən çıxarıldı

Bakı Metropoliteninin rəisi Zaur Hüseynov növbəti kadr dəyişikliyi barədə əmrlər imzalayıb. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, metropolitenin Nərimanov adına elektrik deposunun rəisi Vaqif Hüseynov tutduğu vəzifədən azad edilib.

 

V.Hüseynov 2004-cü ildən elektrik deposunun rəisi vəzifəsində işləyirdi. O, keçmiş rəis Tağı Əhmədovun kadrlarından sayılırdı.

 

Metropolitendən bildirilib ki, Z.Hüseynovun əmri ilə “Nərimanov” elektrik deposuna yeni rəis təyinatı da gerçəkləşib. Bu vəzifəyə Söhrab Ağamirzə oğlu Mirzəyev təyin edilib. Bu təyinatadək o, metropolitenin birləşmiş emalatxanalarının baş mühəndisi işləyib.

Birləşmiş emalatxanalarının baş mühəndisi vəzifəsinə isə Naqib Kazımovu təyin edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875

Oxşar yazılar