Metropolitenin rəhbəri: “Ticarət köşkləri haqda qəti qərar qəbul edilib”. Lent.az-ın məlumatına görə, bunu martın 11-də “Media forum”saytına metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı haqda məlumatlara və həmin keçidlərdə ticarətlə məşğul olan şəxslərin keçirdiyi aksiyaya münasibətində “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib. Z.Hüseynov deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.
Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.