Metropolitendə aksiya keçirənlərə 1 həftə vaxt verilib - <span style="color:red;">YENİLƏNİB
11 mart 2014 13:03 (UTC +04:00)

Metropolitendə aksiya keçirənlərə 1 həftə vaxt verilib - YENİLƏNİB

Bakı Metropoliteninin yeraltı keçidlərindəki mağazaların bağlanmasına etiraz olaraq aksiya keçirməyə cəhd edən şəxslərdən bir neçəsi metropoliten rəsmisi ilə görüşüb.

 

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, görüşdən çıxanlar bildiriblər ki, yekun qərar olaraq onlara 1 həftə vaxt verilib. Sahibkarlar 1 həftə yeraltı keçiddə satışdan istifadə edə bilərlər. Vəziyyətlə bağlı bu müddətdə qərar veriləcək.

 

Bununla da, aksiya başa çatıb.

 
***
 
12.45
 
Bakı Metropolitenində aksiya başladı
 
 
Bir qrup şəxs Bakı Metropoliteninin yeraltı keçidlərindəki  mağazaların bağlanmasına etiraz olaraq aksiya keçirməyə cəhd edir.

 

APA-nın məlumatına görə, aksiya iştirakçıları Metropoliten binasının qarşısına toplaşıblar.

 

 

Ərazidə polislər var.

 

 

Aksiya davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5941

Oxşar yazılar