Bakı məktəblərinin direktorlarına əlavə pul verilir
13 iyun 2014 10:41 (UTC +04:00)

Bakı məktəblərinin direktorlarına əlavə pul verilir

0

Bakıdakı ümumtəhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün

avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Şagirdlərin sayı 1000 nəfərədək olan məktəblər üçün 400 manat, şagirdlərin sayı 1000–1300 nəfər olan məktəblər üçün 500 manat,  şagirdlərin sayı 1300 nəfərdən çox olan məktəblər üçün 600 manat müəyyən edilib.

 

2013-cü ildə Bakı şəhəri və respublikanın regionlarında 144 yeni məktəb binası və 13

mövcud məktəbdə əlavə tədris korpusları tikilib, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən 2013-cü ilin yay aylarında 177 ümumtəhsil məktəbində və dövlət uşaq müəssisəsində cari təmir işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1463

Oxşar yazılar