Bakı Dövlət Universiteti jurnalistlər arasında müsabiqə elan edir
13 mart 2013 13:27 (UTC +04:00)

Bakı Dövlət Universiteti jurnalistlər arasında müsabiqə elan edir

 

Bakı Dövlət Universiteti Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında «BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı müsabiqə keçirir. Müsabiqəyə Heydər Əliyev və Bakı Dövlət Universiteti ilə bağlı yazılmış və bu ilin mart-aprel aylarında mətbuatda çap olunmuş yazılar təqdim edilə bilər. Materialın sonunda “BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur” yazısı mütləq qeyd olunmalıdır.

 

1-ci yei tutana 500 manat, 2-ci yerə  300 manat (2 nəfər),3-cü yer tutanlara isə 200 manat (2 nəfər) məbləğində pul mükafatı veriləcək.

 

Əlaqə telefonları:

012 539 04 78

012 510 56 66

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022
avatar

Oxşar yazılar