Bakı dayanacaqlarındakı kameraların məzəli görüntüləri
03 oktyabr 2014 04:41 (UTC +04:00)

Bakı dayanacaqlarındakı kameraların məzəli görüntüləri

0
Gün ərzində hər birimiz ən azından bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə edirik. Bu zaman yol hərəkət qaydalarına riayət etməyən sürücülərin əyani şahidi oluruq. Düzdür qaydalara riayət edənlər də az deyil, amma Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin xüsusi kameralarına düşən görüntülər reallığı əks etdirir. Yəni bəzi sürücülərə edilən qadağalara və cərimələrə baxmayaraq sükan arxasında siqaret çəkir, nəyinki özünü, elə avtobusdakı sərnişinləri də zəhərləyir. Bəzi sürücülərsə, telefonla danışaraq həm fikrini yayındırır, həm də sərnişinlərin həyatını təhlükəyə atır.
 
Lent.az-ın ANS TV-yə istinadən verdiyi xəbərə görə, Nəqliyyat Nazirlyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov görüntülər vasitəsilə sükan arxasında qaydaları pozan sürücüləri daha tez aşkar etdiklərini bildirdi. Onu da əlavə etdi ki, bu cür sürücülərə qarşı lazımi tədbirlər görüləcək.
 
Görüntülərdə hətta özünüzü belə görə bilərsiniz. Çünki dayanacaqlarda quraşdırılan informasiya terminalındakı kameralar sizin hər hərəkətinizi yaddaşa ötürür. Kameralara avtobus gözləyən sərnişinlərin maraqlı fotoları da həkk olunub. Kimi başına sığal çəkir, kimi boğazına. Bəziləri əsnəyir, bəziləri isə musiqi dinləyir. Hətta yeməyini bu terminalların qarşısında yeyənlər də var. Dayanacaqda avtobus gözləyənlər kim, gəlib gedəni seyr edən kim. Hətta sözün yaxşı mənasında qaşınanlar da var.
 
Görüntüdə sərnişinlərdən biri əvvəl uzanır, sonra mürgüləyir, daha sonra yatır. Terminaldakı kameraların hədəfi tək sərnişinlər deyil, həm də düzgün park edilməyən avtomobillərdir. Hər halda yola çıxırıqsa, diqqəti əldən verməməliyik. Həm də etdiymiz hər hərəkti ölçüb biçməliyik, gülünc vəziyyətlərə düşməmək üçün. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2912

Oxşar yazılar