Bakı bulvarında dəniz taksilərinin fəaliyyətə başlaması ilə bağlı işlər görülür. Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyevin verdiyi məlumata görə, hazırda bu layihə üzrə müzakirələr aparılır.
Layihəyə əsasən yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Lakin bu layihənin həyata keçirilməsi üçün hələ çox iş görülməlidir.
“Əgər layihə özünü doğrultsa, bunun üçün xüsusi qayıqlar alınacaq. Bundan başqa, Xətai limanı ərazisində xüsusi sahə ayrılacaq. Bu layihə dünya ölkələrinin praktikası əsasında hazırlanacaq”. – deyə Ərsalan Əliyev bildirib.
Hazırda layihənin iqtisadi səmərəliyi araşdırılır. Ərsalan Əliyevin sözlərinə görə, araşdırmalardan sonra, qayıqların hansı ölkədən alınacağı, onların qiyməti və sayı məlum olacaq. Daha sonra Bulvar ərazisində neçə qayığın əhaliyə xidmət göstərəcəyi və xidmət haqqı da müəyyənləşəcək.
Qeyd edək ki, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək. Dəniz taksiləri vasitəsilə Bakı buxtasından Nargin adasına da getməyə imkan olacaq. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək.
Xatırladaq ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. anspress.com
![Bakı bulvarında maraqlı yenilik - <span style="color:red;">dəniz taksiləri](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bakı bulvarında maraqlı yenilik - dəniz taksiləri
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)