1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi günüdür. Bu münasibətlə də hər il ənənəvi olaraq Dənizkənarı Milli Bulvar İdarəsi uşaqlar üçün pulsuz aksiya təşkil edir. Elə bu gün də ənənəyə sadiq olaraq uşaqlar üçün milli parkda aksiya təşkil edilmişdi. APA TV-nin məlumatına görə, aksiya saat səhər saatlarından başalayaraq günorta saat 1-ə kimi davam edib. Bu müddət ərzində isə uşaqlar bütün atraksionlardan pulsuz istifadə ediblər. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nzim Məcidov bildirib ki: "Uzun müddətdir bəzi aylarda uşaqlar üçün pulsuz aksiya keçirilir. Bazar günlərində və bayramlarda bu aksiyanı keçirmək bir qədər çətindir. Amma bu il nəzərə aldıq ki, uşaqların bayramı məhz bu gündür və ona görə də bazar gününə düşsə də şəhər əhalisinin bulvara istirahətə gəlməyinə baxmayaraq çalışdıq ki, 15 yaşına kimi uşaqları sevindirək".
"Bu uşaqlara baxanda qayıdıb uşaq olmaq istəyir adam. Bütün problemlərdən uzaq - qayğısız, xoşbəxt, sevimli. Hər kəsin sevdiyi əzizlədiyi bir uşaq olmaq istəyirsən. Bu gün onların günüdür. Bu gün bütün diqqət onların üzərindədir. Və elə əslində də bu gün hər birimiz uşağıq".
Paytaxt sakinlərı, valideynlər uşaqlara öz təbriklərini çatdırdılar. Elə uşaqlar da özlərini.