Bakı bağçalarında ciddi pozuntular aşkarlandı
18 dekabr 2013 14:52 (UTC +04:00)

Bakı bağçalarında ciddi pozuntular aşkarlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.

Lent.az-ın məlumatına görə, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 4a ünvanında yerləşən 309 nömrəli, Səbail rayonu, Xanlar küçəsi 32 ünvanında yerləşən 157 nömrəli, Binəqədi rayonu, Atatürk prospekti 37 ünvanında yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar nəticəsində bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinin pozularaq, müvafiq qaydada təsdiq olunmuş menyunun mövcud olmadığı, yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı aşkar edilib. Bundan başqa müəssisələrdə dövlət standartında  nəzərdə tutulan istehsalat sahələri, ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil, verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası məqsədilə nümunələr götürülüb.

 

Xətai rayonu, M.Hadi 62 ünvanında yerləşən 55 saylı körpələr evi-uşaq bağçasında keçirilən dövlət nəzarəti nəticəsində də AZS 747-2013 dövlət standartının tələblərinə riayət olunmadığı məlum olub. Belə ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu, markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilib. Bundan başqa müəssisənin tibb işçisinin verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilib.

Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılıb, müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1847
avatar

Oxşar yazılar