Bakı Ali Neft Məktəbinin növbəti uğuru
17 mart 2014 14:32 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin növbəti uğuru

 

Bakı Ali Neft Məktəbinin təklif etdiyi layihə “Şərqə Doğru” Proqramı çərçivəsində Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilmək üçün seçilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramının dəstəyi ilə Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 12 bakalavr, magistr və doktorant tələbə ilə yanaşı, 4 azərbaycanlı tələbə də iştirak edib.

 

Qeyd edək ki, “Bakı Qış Neft Məktəbi” martın 3-dən 15-dək Bakı Ali Neft Məktəbində keçirilib. Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və bərpa olunan enerji mənbələri mövzularında kurslar keçiblər.

 

Mart ayının 14-də Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə proqramı uğurla tamamlamış iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılıblar. Tədbirin qonaqları Almaniyanın Azərbaycandakı səfirinin köməkçisi Vofqanq Mössinger, DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar