Bakı-Sumqayıt yolunda təmir başladı
29 iyul 2019 11:13 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda təmir başladı

İyulun 29-dan səhər saat 10.00-dan etibarən Bakı-Sumqayıt yolunun, “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə start verilib. 
 
Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əraziyə texnika və işçi heyət cəlb olunub.
 
Qeyd edək ki, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və digər amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan
ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.
 
Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və “Azəriqaz”in əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar.
 
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar