Badımcan ləvəngisini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
07 iyul 2019 14:26 (UTC +04:00)

Badımcan ləvəngisini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik. Bu dəfə sizi sosial şəbəkədə “Lavanda618” adı ilə məşhur olan ustanın badımcan ləvəngisini necə hazırlaması ilə tanış edəcəyik.

Badımcan ləvəngisinin tərkibi:

Badımcan orta boy 500 qr, baş soğan 250-300 qr, qoz 1 st 200 qr, alça turşusu 150 qr (3-4 xq) duz,istiot, yağ

Hazırlanma qaydası:

Badımcanları yuyub, içini təmizləyin. Acısı çıxmaq üçün ortadan bölüb 4-5 dəqiqə pörtlədin. Sonra sudan çıxarıb suyu çəkilmək üçün ya sıxmaq, ya da üzərinə ağır əşya qoymaq lazımdır. Ləvəngi üçün qoz ləpəsini ət maşınından keçirin. Sonra soğanı ət maşınından keçirin və cunanın içərisinə qoyaraq sıxıb acı suyunu çıxarın. Soğanı tavada biraz bişiririk ki, çiy dad verməsin, daha sonra kənarda soyudub çəkilmış qoz ləpəsini, alça turşusunu, duzu, istiotu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra badımcanın içinə duz vururuq və turşunu çəkib, içərisinə ləvəngini yığırıq. İçini çox doldurmaq lazım deyilki, içindəki məhsul dağılmasın. Sonra ləvəngiləri tavaya qoyub ağzına qapaq örtüb qızardırırq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar