Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı ilin əvvəlindən 94 faiz azalıb. Lent.az-ın məlumatına görə, bu barədə Trend "Global Stats" statistika mərkəzinin məlumatına istinadən xəbər yayıb.

Azərbaycanda sosial şəbəkələrin aktivlik statistikası açıqlandı
Avqustun sonuna Azərbaycanda "YouTube" şəbəkəsinin bazar payı 0,41 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 95,4 faiz azdır. "YouTube"dan istifadənin ən böyük aktivliyi iyunda (40,5 faiz) qeydə alınıb.
Yanvar-avqust aylarında aktivliyin 45,8 faiz artımı "Facebook" sosial şəbəkəsi istifadəçilərində qeydə alınıb. "Facebook" Azərbaycanda sosial resurslar arasında populyarlığa görə birinci yeri tutur və onun bazar payı sentyabrın əvvəlinə 94,87 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 31,3 faiz çoxdur.
"Twitter" sosial şəbəkəsi 2,36 faizlik bazar payı ilə ikinci yeri tutur. Sonrakı yerləri "Tumblr" - 0,82 faiz, "Pinterest" - 0,56 faiz, "V kontakte" - 0,29 faiz, "Odnoklassniki" - 0,19 faiz və digər sosial şəbəkələr tuturlar.
Oxşar yazılar

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05