Azərbaycanlı ziyalılar III Dünya Türk Forumunda
30 may 2014 17:37 (UTC +04:00)

Azərbaycanlı ziyalılar III Dünya Türk Forumunda

İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçirilən III Dünya Türk Forumunun Ədirnənin Trakya Universitetində açılışı mərasimi keçirilib. Lent.az-ın xəbərinə görə, forumda Azərbaycandan millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Fərəc Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, “Olaylar” agentliyi rəhbəri Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin rəhbəri Elçin Mirzəbəyli və başqaları iştirak edib.

III Dünya Türk Forumunun açılış mərasimində  bütün iştirakçılarını salamlayan TASAM başkanı Süleyman Şensoy 3-cü dəfə keçirilən Dünya Türk Forumunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Q.Paşayeva nitqinə Manisanın Soma mədənində baş vermiş faciə ilə əlaqədar Türk xalqına başsağlığını çatdırıb. III Dünya Türk Forumunun açılışı mərasiminin Azərbaycan üçün çox əlamətdar bir gündə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan  Demokratik Respublikasının qurulmasının 96-cı ildönümü günündə keçirildiyini vurğulayan Q.Paşayeva bu günün Türkiyədə Türk dünyasından gəlmiş qardaş-bacılarımızla birgə qeyd etməyin xüsusi önəmini ifadə edib.

Ədirnə valisi Hasan Duruer, TASAM-ın rəhbəri Süleyman Şensoy, Türk dünyasının hər yerindən gələn qonaqlar Azərbaycan nümayəndə heyətini təbrik ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49