Azərbaycanda yeni regional kollec yaradıldı <span style="color:red;">- QƏRAR
06 iyul 2014 10:52 (UTC +04:00)

Azərbaycanda yeni regional kollec yaradıldı - QƏRAR

Azərbaycanda yeni və çoxprofilli regional kolleclərin yaradılmasına start verilib. Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadə ilk belə kollecin Masallı rayonunda yaradılması ilə bağlı qərar imzalayıb.

Qərarda Masallı Dövlət Regional Kollecinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi nəzərdə tutulur.

 

 

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kolleci yaradılmasına qərar verib. Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının orta ixtisas təhsili müəssisələri bölməsinə "Masallı Dövlət Regional Kolleci"nin adı da əlavə edilib. Budan başqa Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinə kollecin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmələri tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4498
avatar

Nizam Rza

Oxşar yazılar