Azərbaycanda yanğına davamlı panellərin istehsalı başlayacaq
28 may 2014 10:54 (UTC +04:00)

Azərbaycanda yanğına davamlı panellərin istehsalı başlayacaq

"Gələn ilin yanvarından başlayaraq Azərbaycanda qısa müddətdə yığılıb sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalı başlanacaq".
 

Lent.az-ın məlumata görə, bunu “Kingspan-İzopoli” şirkətinin sədrinin müavini Suat Kıroğlu söyləyib.

Suat Kıroğlu onu da bildirib ki, bu yarımfabrikat evlər fövqəladə hallar zamanı insanların sığınması üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bu məqsədlə FHN ilə müştərək yaradılacaq müəssisənin tikintisi 50 milyon manata başa gələcək. Suat Kıroğlu bu müəssisənin istehsalı olan yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə –Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyini nəzərə çatdırıb: “Bu sahədə Azərbaycan bölgədə logistika mərkəzinə çevriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar