Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması əsas prioritetlər sırasındadır.
Bundan başqa, ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə cavab verən müasir kadr
hazırlığı təmin ediləcək. Habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə tədris proqramlarına (standartlarına) yenidən baxılacaq.
Boloniya prosesinin tətbiqi üzrə universitetlərarası komitə yaradılacaq. Bundan başqa, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi də nəzərdə tutulub.