Temperatur 19 dərəcəyə qədər yüksələcək
12 noyabr 2014 15:10 (UTC +04:00)

Temperatur 19 dərəcəyə qədər yüksələcək

“Hazırda Azərbaycanda müşahidə olunan temperatur rejimi noyabrın çoxillik norma göstəricilərinə yaxındır”. Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. O qeyd edib ki, Azərbaycanda temperatur 19 dərəcəyə qədər yüksələcək: “Abşeron yarımadasında yaxın 2-3 gün ərzində 15-18 dərəcə isti olacaq. Aran rayonlarında isə 14-19 dərəcə isti qeydə alınacaq”.

 

U. Tağıyeva bildirib ki, Abşeron yarımadasında  iki-üç gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Noyabrın 14-də isə gecə saatlarında havanın qısa müddətli tutulacağı gözlənilir.

 

Hazırda dağlıq ərazilərdə cənub küləyi üstünlük təşkil etdiyi üçün yüksək temperatur – 10-15 dərəcə isti qeydə alınır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar