Azərbaycanda rəqəmli yayımla bağlı milli standart qeydiyyata alınıb. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Belə ki, Standartlaşdırma üzrə İnformasiya-kommunikasiya Texnologiyaları Texniki Komitəsi (TK 05) rəqəmli yayıma dair milli standart hazırlayıb.
Bu, AZS ETSI EN 302 755 V1.3.1-2013 “Rəqəmli videoyayım (DVB); ikinci nəsil yerüstü rəqəmli televiziya yayımı sistemi (DVB-T2) kadr strukturu, kanalın kodlaşması və modulyasiyası” milli standartıdır.
Sözügedən standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə təsdiq edilib və dövlət qeydiyyatına alınıb.
Bu standartın tətbiqi rəqəmli TV yayımının keyfiyyət göstəricilərinin və ötürülmə sürətinin yüksəlməsi ilə televiziya yayımında son texnologiyaların tətbiqinə (HD TV, 3D TV və s.) geniş imkanlar yaradır.