"Hava şəraiti ilə bağlı dağlıq rayonlarda orta məktəblərdə dərslərin dayandırılması araşdırmalardan sonra bilinəcək". Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a bildirib ki, Təhsil Nazirliyi bununla bağlı rayonlar üzrə araşdırma aparır: “Araşdırma bitdikdən sonra həmin məktəblərlə bağlı vəziyyət məlum olacaq. Nazirlik bununla bağlı geniş məlumat verəcək”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qarlı-şaxtalı hava şəraiti davamiyyətə kifayət qədər təsir göstərib: “Əksər valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər. Buna görə də istər Bakıda, istərsə də bölgələrdə (xüsusən də yüksək dağlıq rayonlarda) davamiyyət xeyli aşağı düşüb”.
Qeyd edək ki, yanvarın 9-u və 10-da da şaxtalı hava şəraiti davam edəcək.