Azərbaycanda ölümlə çarpışan ailə <span style="color:red;">İMDAD DİLƏYİR
21 fevral 2017 14:49 (UTC +04:00)

Azərbaycanda ölümlə çarpışan ailə İMDAD DİLƏYİR

 

Siyəzən rayonunun Gənclik qəsəbəsində yaşayan Şərifulla Xankişiyev gəncliyinin ən gözəl çağlarında olmalıdır indi. Lent.az-ın məlumatına görə, onun 18 yaşı var, məktəbi yeni bitirib.

 

“Mən Xankişiyev Şərifulla İbrahim oğlu, 1 yanvar 1999-cu ildə anadan olmuşam. Siyəzəndə orta məktəbi bitirəndən sonra ali məktəbə imtahan verdim. Amma ödənişli təhsilə düşdüyüm üçün təhsilimi yarımçıq dayandırdım. Yanvarın 6-da hərbi xidmətə yollanmalı idim. Ürəyimdə problem var, həm də tənəffüs çatışmazlığına görə hələlik aparmadılar. İndi pirin altında peraşki satıram. Xıdırbaba pirində işləyirəm və gündəlik gəlirim 4-5 manatdır”.

 

Şərifullanın ailəsi 4 nəfərdən ibarətdir: özü, anası, atası və bibisi.

 

“Atam İbrahim iki dəfə infarkt keçirib. İndi həbsxanadadır. Birinci infarktı evdə, ikincini isə həbsxanada keçirib. Hazırda həbsxananın müalicə müəssisəsində yatır. Anam Elminaz da infarkt kecirib. Boğazında zob var, qulağı yaxşı eşitmir. Məktəbdə xadimə işləyir. İşə saat 12-də gedir. Səhər tezdən oyanan kimi peraşkiləri bişirir, mən də həmin peraşkiləri götürüb pirə gedirəm. Anam 110 manat maaş alır. Onu da atamı türmədən çıxarmaq ücün bankdan kredit götürmüşdü, ora verir. Mənim hər gün qazandığım 4-5 manatla dolanırıq. Mən peraşkiyə getməsəm, evdə yeməyə çörəyimiz olmaz. Bibim Ceyranın 57 yaşı var. 25 ildir, bizimlə qalır. Uşağı olmadığı üçün boşanıb. Özü də şəkər xəstəsidir. Xəstəliyin təsirindən hər iki gözü tutulub. Həm də böyrəklərindən biri sıradan çıxıb. Bu yaxınlarda infarkt keçirib, 1-ci qrup əlildir. 220 manat pensiya alır. Elə dərmanı var ki, 60 manatadır. Hər ay 6 dəfə hər birinin qiyməti 60 manat olan sistem köçürülməlidir ona, amma imkanımız olmadığı üçün həmin sistemləri ala bilmirik”.

 

Şərifulla Xankişiyev özü və ailəsi adından kömək istəyir. Onlara kömək lazımdır, biganə qalmayaq.

 

# 105
avatar

Nizam Rza

Oxşar yazılar