Azərbaycanda milyonlarla manat kredit ödənilməyib
18 oktyabr 2013 16:23 (UTC +04:00)

Azərbaycanda milyonlarla manat kredit ödənilməyib

Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 6.1 milyard manata çataraq 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.5 faiz artıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Milli valyuta ilə vəsait qoyuluşu 3.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olub. 

 


Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 30.7 faiz çox və ya 14.5 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 11.1 milyard manatı uzun müddətə, 3.4 milyard manatı isə qısa müddətə verilib, 5.3 faizinin, yaxud 764.8 milyon manatının ödəmə vaxtı keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201

Oxşar yazılar