Azərbaycanda cinsi azlıqlar forum keçirdi - İLK DƏFƏ
24 iyul 2014 10:42 (UTC +04:00)

Azərbaycanda cinsi azlıqlar forum keçirdi - İLK DƏFƏ

Azərbaycanda ilk dəfə olaraq cinsi azlıqların forumu keçirilib. Lent.az-ın məlumatına görə, "Nəfəs" LGBT Azərbaycan tərəfindən keçirilən forumda 40–a yaxın LGBT və bu mövzuya tolerant yanaşan qeyri LGBT şəxslər iştirak edib. Forumda bir müddət əvvəl intihar edən cisni azlıq nümayəndəsi İsa Şahmarlının xatirəsinə də anlıb.

 

Azad LGBT təşkilatının rəhbəri Lalə Mahmudova, Nəfəs LGBT Azərbaycan Alyansının prezidenti Cavid (Atilla) Nəbiyev təşkilatın missiyası və yaradılma hədəfləri, həyata keçirdikləri kampaniya və layihələr barəsində məlumat verib.

 

ILGA Avropanın (Beynəlxalq Lezbiyan Gay Assossiasiyası) programlar üzrə direktoru Bjorn Van Roozendaal forum iştirakçılarına video lentlə müraciət edib. Bildirilib ki, Bakıda baş tutan forumda Roozendaalın da iştirakı nəzərdə tutulsa da, son anda viza problemləri yarandığından Azərbaycana gələ bilməyib. O, müraciətində bildirib ki, Avropa Şurasına üzv ölkə kimi Azərbaycan digər ölkələr kimi bir sıra öhdəliklərə sahibdir və həmin öhdəliklər hər bir Avropa Şurasına üzv ölkə üçün prioritetlərdən olmalıdır. Həmçinin Roozendaal ILGA Avropanın son illər Cənubi Qafqaz ölkələrinə böyük diqqət ayırdığını vurğulayıb: “Hər bir LGBT fərdi öz dövlətini onun hüquqlarını tanıması və müdafiə etməsi üçün inandırmalı və məcbur etməlidir”.

 

Azərbaycanda gender hüquqlarının vəziyyəti, qadın hüquqları və gender zəminində baş verən zorakılıqlar, problemlər barəsində hüquqşunas Asima Nəsirli məlumat verib.

 

Çıxışlardan sonra “Sevgi, ehtiyacınız olan təş şey!” adlı filmin nümayişi keçirilib. Film Nəfəs LGBT Azərbaycan Alyansının könüllüləri tərəfindən Azərbaycan dilinə tərcümə edilərək səsləndirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145

Oxşar yazılar