Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
Lent.az-ın məlumatına görə, qanuna edilən dəyişikliyə əsasən, sığortaçı sığorta ödənişini müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək.
Daha bir dəyişikliyə görə isə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və bu qanunda nəzərdə tutulmuş sığorta marağı olan müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.