Azərbaycanda ümumillikdə nəqliyyat vasitələrinin sayı 1370574 ədəddir.
2010-cu ildə bu göstərici 982553 olub.
Lent.az-ın məlumatına görə, ötən il ölkədə 1170672 ədəd minik avtomobili qeydiyyatda olub. 2010-cu ildə bu rəqəm 815683 təşkil edib.
Ötən il şəxsi minik avtomobillərinin sayı 111848 ədəd (2010-779658) olub.
Avtobusların sayı 30704 (29569-2010), yük avtomobillərinin sayı isə 147343 (118460-2010) olub. Xüsusi təyinatlı avtomobillərin sayı 11232 (11715-2010) olduğu halda, hər 1000 nəfərə düşüən avtomobillərin sayı 140 ədəd (110-2010) təşkil edib.
Hər 1000 nəfərə düşüən minik avtomobillərinin sayı 119 (91-2010), hər 100 ailəyə düşən avtomobillərin sayı isə 53 ədəd (40-2010) olub.
Hər 1 kilometr şosse yollarına düşən avtomobillər 2010-cu ildə 52 olduğu halda, ötən il 71-ə yüksəlib.