Böyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dəstəyi ilə birinci mərhələ kimi bura daxil olan rayonların torpaq xəritələri rəqəmsallaşdırılıb. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
AMEA Eroziya və Suvarma İnstitutu sonrakı mərhələdə mövcud və potensial eroziya xəritələrinin tərtibinin nəzərdə tutulduğunu bildirib. Cari ildə Quba və Xaçmaz rayonlarının rəqəmsal torpaq xəritələri, Mucuçay hovzəsinin yerləşmə sxemi və yüksəklik xəritəsi, hövzənin torpaq və torpaqdan istifadə xəritələri, mövcud və potensial eroziya xəritələri hazırlanıb.