Azərbaycanda elm sahəsində yeni qurum yaradılır
20 oktyabr 2014 14:57 (UTC +04:00)

Azərbaycanda elm sahəsində yeni qurum yaradılır

Azərbaycanda elmi müəssisə və təşkilatların akkreditasiyasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Dövlət Elmi Akkreditasiya Xidməti yaradılacaq.

Lent.az-ın "Trend"ə istinadən xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirib ki, “Elm haqqında” qanun layihəsinə əsasən, elmi-tədqiqat müəssisələrinin akkreditasiyanın məqsədi elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramların, elmi-tədqiqat nəticələrinin, kadr potensialının, maliyyə resurslarının və s. qəbul olunmuş dövlət standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir.

Akkreditasiya elmi müəssisə və təşkilatların dünya elm məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.

Müəssisələrə dövlət akkreditasiyası haqqında şəhadətnamə - sertifikat veriləcək. Akkreditasiya olunmuş elmi təşkilatların verdiyi elmi dərəcə və adlara hüquqi təminat verilir.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulub.

 

# 1323
avatar

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Əfv sərəncamının icrasına başlanıldı

Əfv sərəncamının icrasına başlanıldı

26 may 2024 , 09:00
II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56