Azərbaycanda elektrik sayğaclarının 15 faizi SMART tiplidir
06 fevral 2014 10:28 (UTC +04:00)

Azərbaycanda elektrik sayğaclarının 15 faizi SMART tiplidir

“Abşeron yarımadasında ümumi uzunluğu 240 kilometrədək olan sistem əhəmiyyətli 110 kilovoltluq hava xətlərinin inşası üzrə işlər əsasən başa çatdırılıb”. Lent.az-ın məlumatına görə, bunu “Azərenerji” ASC-in sədri Etibar Pirverdiyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, respublikamızda ilk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli SMART sayğacların tətbiqinə başlanıb: “Bu layihənin həyata keçirilməsi nəticəsində itkilərin kəskin şəkildə azalması, elektrik enerjisi ödənişlərinin artması, abonentlərə xidmətin keyfiyyətinin yüksəlməsi kimi müsbət nəticələr əldə edilib. Bundan sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu işlər davam etdirilməkdədir”.

 
ASC rəhbəri onu da vurğulayıb ki, keçən ildən başlayaraq Sumqayıt şəhəri, Abşeron, Sabirabad, İmişli, Saatlı, Kürdəmir, Bərdə, Şamaxı rayonlarında və digər bölgələrdə bu işlər həyata keçirilir. “Burada aşağı gərginlikli xətlər müasir kabellər vasitəsi ilə yenidən qurulur, dayaqlar və naqillər dəyişdirilir, yeni sayğaclar quraşdırılır. Hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunub. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini SMART tiplidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar